Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fazil Mustafa: “Fransanın əsas məqsədi ermənilərə dəstək olmaq yox, Türkiyəyə maneə yaratmaqdır”
27.12.11 17:15

“İndiki halda Fransanın “erməni soyqırımı”nı qəbul etməsi heç də ağır faciə deyil. Çünki bu ölkənin əsas məqsədi heç də ermənilərə dəstək olmaq yox, Türkiyəyə maneə yaratmaqdır”. Bu barədə “KƏLAMİNFO”ya Azərbaycan millət vəkili Fazil Mustafa bildirib. O qeyd edib ki, stüasiyanın hansı istiqamətə dəyişməsindən asılı olmayaraq Azərbaycan bu məsələdə daim Türkiyənin yanındadır. “Rəsmi Bakı da dəfələrlə bunu ifadə edib. Çünki bu məsələdə Azərbaycanın görə biləcəyi iş Türkiyəyə dəstək verməkdir ki, onu da edir” - deyə F.Mustafa vurğulayıb. Deputatın fikrincə, Fransada bir qism qüvvələr bu vəziyyətdən istifadə edib vəziyyəti gərginləşdirmək istəyir. “Lakin biz bu məsələdə daim həssas olmalıyıq” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5534.html