Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA-nın bir sıra bölmələri üzrə doktoranturaya qəbulun nəticələri açıqlanıb
27.12.11 17:11

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Yer Elmləri Bölməsi və Biologiya Elmləri Bölməsinin fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə “KƏLAMİNFO”ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov məlumat verib. A.Həşimov deyib ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında sözügedən bölmələr üzrə 91 nəfərin doktoranturaya qəbulu təsdiqlənib. Bundan əlavə, həmin bölmələr üzrə əlavə yerlərin ayrılması üçün Rəyasət Heyətinə müraciət edilib: “Əlavə yerlərin ayrılması üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırdığımıza görə həmin təkliflər qəbul edildi və yaxın günlərdə bu təkliflərə baxılaraq təsdiq ediləcək. Hələlik nə qədər əlavə yerin istənilməsi məlum deyil”.A.Həşimov qeyd edib ki, bəzi ixtisaslar üzrə müsabiqə vəziyyəti az, bəzi ixtisaslar üzrə isə çox olub: “Elə yerlər olub ki, orada müsabiqədə yalnız bir nəfər iştirak edib. Həmin yerə bütün imtahanlardan 4 qiyməti alıb, 12 bal toplayan namizəd də qəbul edilib. Lakin elə ixtisaslar var ki, hətta 15 bal toplayıb, ancaq kənarda qalıb. Əlavə plan yerləri ayrılandan sonra həmin şəxsləri də yerləşdirəcəyik”. A.Həşimov doktorantura təhsilinin yanvarın 1-dən başlayacağını söyləyib. Qeyd edək ki, bu vaxta qədər AMEA-nın Gəncə Regional Elm Mərkəzi və Naxçıvan Bölməsində qəbul olan doktorantların siyahısı Rəyasət Heyətində təsdiq olunub. Xatırladaq ki, bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. AMEA-nın fəlsəfə doktoru hazırlığı üzrə 2011-ci il üçün qəbul planı 215 nəfər müəyyənləşdirilib. Onlardan 174 nəfər əyani, 41 nəfəri qiyabi müəyyən edilib. Akademiya üzrə elan edilən yerlərə 478 nəfər sənəd verib. Onlardan 368 nəfəri əyani, 110-u qiyabi yerlərə sənəd verib.
URL / WWW
http://kelam.az/article/a-5533.html