Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF-nin saytı ən yaxşı oldu
27.12.11 02:41

Milli İnternet Mükafatı - “Milli Net 2011”-in qaliblərinin adları açıqlanıb. “KƏLAMİNFO” xəbər verir ki, “Milli Net 2011” müsabiqəsinin builki qalibləri 11 nominasiya (“Korporativ saytlar”, “İctimai-sosial saytlar”, “Media və İnformasiya”, “Mədəniyyət, incəsənət və turizm”, “Ailə uşaq və sağlamlıq”, “Asudə vaxt, idman və əyləncə”, “Bloqlar”, “Elm və təhsil”, “Dövlət və bələdiyyə”, “Xidmət (Servis)”, “İstifadəçi kontenti üzərində qurulmuş saytlar”) üzrə müəyyənləşdirilib. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi internet saytı (http://www.sspf.gov.az, www.dsmf.gov.az) “Milli Net-2011” müsabiqəsinin “Dövlət və bələdiyyə saytları” nominasiyası üzrə qalibi (1-ci yer) seçilib. 11 nominasiya üzrə qalib gələnlərə “Milli Net” müsabiqəsinin tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta və diplom təqdim olunub. Eyni zamanda 2-ci və 3-cü yerləri qazananlara müsabiqənin diplomları verilib. Qeyd edək ki, DSMF-nin rəsmi internet saytı 2004-cü ildən etibarən fəaliyyət göstərir.
URL / WWW
http://kelam.az/article/a-5530.html