Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Cənubi Qafqaz regionuna gözlənilməyən tərəflərin marağı yaranıb
06.01.10 20:48

Cənubi Qafqazda gedən siyasi proseslər son aylar xüsusilə mürəkkəbləşib. Regiona gözlənilməyən tərəflərin də marağı yaranıb. KƏLAMİNFO xəbər veir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, regiona müxtəlif maraqların cəlb olunmasında aparıcı rol əsasən Ermənistana məxsusdur. M.Əhmədoğlu bildirib ki, Ermənistan 2009-cu ildə Cənubi Qafqazda gedən prosesi özünə zidd hesab edir və buna görə də əlavə ölkələrdən regiona “maraq kokteyl”i yaradır. Adətən Cənubi Qafqazda ABŞ, Rusiya və Türkiyənin marağının olduğunu diqqətə çatdıran politoloq qeyd edir ki, son zamanlar Ermənistan regionda Suriya, Çin və Xorvatiya kimi dövlətlərin də maraqlarını cəlb edib. M.Əhmədoğlu Ermənistanın bu cür regional maraqlar koteyli yaratmasıyla vəziyyəti gərginləşdirmək məqsədi güdüyünü vurğulayıb. “Ermənistan son zamanlar regionda gedən prosesləri özünə ziddi olduğunu görüb, etdiyi cəhdlə vəziyyəti qarışdırmaq istəyir”,-deyə M.Əhmədoğlu əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-553.html