Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rəsmi Bakının Fransanın ATƏT Minsk Qrupundan kənarlaşdırılması ilə bağlı müraciəti yoxdur
27.12.11 02:41

“Hazırda Fransanın ATƏT Minsk Qrupundan kənarlaşdırılması ilə bağlı rəsmi Bakının heç bir müraciəti yoxdur. Hələ ki bunu hazırlamaq fikri də yoxdur”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, Fransa parlamentində işğalçı Ermənistanın maraqlarına uyğun olaraq qondarma erməni soyqırımının tanınması Parisin Minsk Qrupunda qeyri-obyektivliyinə dəlalət eləsə də, rəsmi Bakı hələ ki gözləmə mövqeyindədir. “Biz onsuz da bəyan eləmişik ki, qardaş Türkiyəyə qarşı Fransa parlamentində yönələn bu ədalətsiz addımı qətiyyətlə pisləyirik. Təbii ki, bu, Fransanın bir sıra proseslərdə iştirakına xələl gətirir, o cümlədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik missiyasına ciddi kölgə salır” - deyə E.Abdullayev vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5529.html