Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Fransa ilə birdəfəlik əlaqələri kəssək, bu, ermənilər üçün ikinci uğur olar”
27.12.11 02:41

“Əgər biz Fransa Senatında qondarma erməni soyqırımı ilə bağlı müsbət nəticə əldə eləmək istəyiriksə, bu ölkə ilə əlaqələri birdəfəlik kəsməkdənsə, orada fəaliyyətimizi gücləndirməliyik”. Bu barədə “KƏLAMİNFO”ya Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bildirib. Onun fikrincə, parlamentdə bu yanlış qərar erməni lobbisinin fəaliyyətinin nəticəsidir. “Ona görə də əgər biz Fransa ilə birdəfəlik əlaqələri kəssək, bu, ermənilər üçün ikinci uğur olar” – deyə Z.Oruc vurğulayıb. Deputat hesab edir ki, bütün baş verənlərə rəğmən Fransa ilə işləmək, əməkdaşlığı davam etdirmək lazımdır. “Biz öz həqiqətlərimiz uğrunda ciddi fəaliyyətimizi davam etdirməliyik” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5528.html