Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Avropa Komissiyası ölkəmizlə "Birgə səma" Sazişi ilə bağlı danışıqlara başlamaq təklifi ilə çıxış edib
26.12.11 20:40

Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportuna bir sıra aviaşirkətlərin hava yolu açmaq niyyətləri regional uçuşlar üçün təhlükə mənbəyidir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru Arif Məmmədov Beynəlxalq Mülki Aviasiya Təşkilatının Avropa və Şimali Atlantika Bürosunun (ICAO) direktoru Luis Fonseka de Almeyda ilə Fransadakı görüşündə söyləyib. Görüşdə A.Məmmədov müvafiq icazələr olmadan Xocalı aeroportuna uçuşların qarşısının alınması məsələsində təşkilatın rolunu qeyd edib. Azərbaycan tərəfi bir sıra aviaşirkətlərin sözügedən aeroporta hava yolu açmaq niyyətlərinin regional uçuşlar üçün artan təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb. Tərəflər Beynəlxalq mülki aviasiya haqqında Konvensiyanın müddəalarına uyğun hərəkət edərək, bu məsələyə dair məsləhətləşmələri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipi əsasında davam etdirmək qərarına gəliblər. Fransaya səfəri çərçivəsində Avropa Mülki Aviasiya Konfransının (ESAS) prezidenti Katalin Radu ilə görüşən A.Məmmədov əsas diqqəti ölkəmizin işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportunda qanunsuz tikinti işlərinin aparılmasına yönəldərək, bu məsələyə dair Azərbaycan mülki aviasiyasının mövqeyini izah edib. Müəyyən dairələrin regionda uçuşların təhlükəsizliyinə xələl gətirmək cəhdləri ilə bağlı Azərbaycan tərəfinin narahatlığı ESAS rəhbərliyinin nəzərinə çatdırılıb. Tərəflər 2012-ci ildə qarşılıqlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Qeyd edək ki, Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru Arif Məmmədov Avropa Mülki Aviasiya Konfransının (ESAS) Parisdə keçirilən 137-ci müşavirəsində iştirak edib. Sammitdə bütün nəqliyyat növlərinin qarşılıqlı fəaliyyət göstərməsi məsələləri və yaxın gələcəklə bağlı planlar müzakirə edilib. Avropa Komissiyası 2012-ci ilin əvvəllərində ölkəmizlə "Birgə səma" Sazişi ilə bağlı danışıqlara başlamaq təklifi ilə çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-5527.html