Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Azərbaycanda xarici vətəndaşlara partiya yaratmaq hüququ verilərsə...”
23.12.11 20:12

“Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik etməkdə məqsəd kimlərinsə dediyi kimi əlverişli partiyalar şəbəkəsi yaratmaq deyil”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən partiyasının sədr müavini, millət vəkili Zahid Oruc bildirib. O, qeyd edib ki, qanunla bağlı Venesiya Komissiyasının rəyində toxunulan məqamlarda üzvlük normasının artırılması kimlərisə kənarda qoymaq deyil. “Bu gün partiyalarda min nəfərlik üzvlük norması ona gətirib ki, kağız üzərində partiyalar yaranıb. Amma bundan xilas olmaq üçün, partiyalaşmanı daha da dərinləşdirmək, onun coğrafiyasını böyütmək üçün də bu normal rəqəmdir”,-deyə Z.Oruc vurğulayıb. Deputat deyib ki, etnik azlıqların partiya yaratması ilə bağlı qanunda istisnalar da mümkündür. “Xarici vətəndaşların partiya yaratması hüququna gəlincə, hesab edirəm ki, parlament də buna etiraz edər. Bəlkə də oturuşmuş Avropa ölkələrində bu hüququn tanınması qeyri-adi sayılmazdı. Məncə, indiki məqamda buna qarşı çıxmağımızın başlıca səbəbi sadəcə erməni məsələsi deyil. Mənim arqumentim budur ki, ayrı-ayrı dövlətlərin ələ keçirilməsi zamanı milli dövlətin başqa əllərə keçməsi təhlükəsi var”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5526.html