Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov: “Fransanın ədalətli mövqe nümayiş etdirəcəyinə çox ciddi şübhələr yaranır”
23.12.11 20:12

“Fransa belə bir qanun qəbul etməklə insan hüquqları və azadlıqlarına hörmətsiz yanaşdığını bilərəkdən ifadə etmiş oldu”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında YAP-ın sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O, bunu Fransanın Türkiyəyə qarşı haqsız və ədalətsiz təzyiq forması kimi qiymətləndirib. “Ümid edirəm ki, Azərbaycan vətəndaşları da buna öz hiddətlərini bildirəcəklər. Fransa Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Əgər Fransa tarixi faktlara və hadisələrə bu qədər bitərəf və qərəzli yanaşırsa, bundan istər-istəməz hər bir Azərbaycan vətəndaşı, o cümlədən mən də müvafiq nəticə çıxarıram. Bu da ondan ibarətdir ki, Minsk qrupunun həmsədri kimi Fransanın münaqişənin nizama salınmasında ədalətli mövqe nümayiş etdirəcəyinə çox ciddi şübhələr yaranır” - deyə Ə.Əhmədov vurğulayıb. O bildirib ki, bütün bunların hamısı, həm də bu qərarın qəbul edilməsi, bir daha Azərbaycan vətəndaşlarını düşündürməlidir. “Biz qardaş Türkiyəyə qarşı çevrilmiş hər bir hərəkəti bütövlükdə Azərbaycana, hər bir azərbaycanlıya qarşı çevrilmiş hərəkət kimi qiymətləndiririk” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5525.html