Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Abbasov: Analoq və rəqəmsal yayım hələ uzun müddət paralel aparılmalıdır
23.12.11 20:12

Hazırda ölkə əhalisinin 60 faizi qeydiyyatda olmayan peyk antenalarından istifadə edir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, hələ ki, bu antenaların yığışdırılması nəzərdə tutulmayıb. “Çünki Azərbaycanda teleyayım müxtəlif texnologiyalar əsasında həyata keçirilir. Biz kabel televiziyalarına nəzarət edirik. Peykdən və internet teleradio yayım məsələlərinə baxmırıq, bu, Milli Televiziya və Radio Şurasının səlahiyyətində olan məsələdir. Lakin deməliyəm ki, bizdə yayım Avropa standartlarına uyğun aparılır və bu cür yayımlara qadağa yoxdur”,-deyə Ə.Abbasov vurğulayıb. Nazir bildirib ki, analoq yayımın dayandırılması qərarını isə MTRŞ verir, təbii ki, bu də nazirliyin müşahidələri və verəcəyi məsləhətlər əsasında həyata keçirilir. “Hesab edirəm ki, analoq və rəqəmsal yayım hələ uzun müddət paralel aparılmalıdır. Çünki rəqəmsal televiziyalar Azərbaycanda hələ həddindən artıq azdır. İndi analoq televiziyalar müxtəlif qurğular vasitəsilə işləyir ki, bunlar da hazırda satışda 40 manat civarında var”,-deyə nazir əlavə edib. Mobil operatorlarla bağlı Ə.Abbasov deyib ki, nazirliyin qərarına əsasən onlar arasında danışıq 1 dəqiqə üçün 2 qəpik müəyyənləşib. “Operatorlar arasında isə bir il əvvəl müqavilə bağlanıb və bu qiymətlərə yenidən baxılması ilə bağlıdır. Ola bilsin ki, yaxın vaxtlarda onlar öz aralarında bu məsələdə razılığa gələ bilərlər. Bununla belə onu deyə bilərəm ki, bu daha əvvəl imzaladıqları müqaviləyə əsasən istədikləri qiyməti təsdiq edə bilərlər”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5524.html