Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “Əl-Qaidə”nin yüksək rütbəli koordinatorunun yerini deyənə 10 milyon dollar vəd edilib
23.12.11 20:12

ABŞ Dövlət Departamenti «Əl-Qaidə»nin yüksək rütbəli koordinatoru Yasin əl-Surinin yerini deyən şəxsə 10 milyon dollar vəd edib. Departamentin məlumatına görə, bu şəxs «Əl-Qaidə»nin İranda ən yüksək rütbəli şəxslərindən hesab edilir. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, o, terror təşkilatı üçün vəsaitlərin cəlb olunmasında əhəmiyyətli rol oynayır və Fars körfəzi ölkələrində terror şəbəkəsinin maliyyələşməsinin yollarını aramaqla məşğuldur. O, eyni zamanda terror təşkilatına yeni üzvlərin cəlb olunmasında, onların İran ərazisindən keçməklə İraq və Əfqanıstanda təlim düşərgələrində təlim keçmələrini həyata keçirir. İran hökuməti ilə sıx əməkdaşlıq edən bu şəxsin bu ölkənin həbsxanalarından terrorçuların azad edilib Pakistana ötürülməsini də təmin edir.
URL / WWW
http://kelam.az/article/a-5523.html