Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov: Fransa Senatının qərarı qəbuledilməzdir
23.12.11 20:12

Fransa Milli Assambleyasının qərarı qəbuledilməz və qeyri-konstruktivdir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. E.Məmmədyarov bildirib ki, bu qərar problem yaratmaqdan başqa bir şeyə xidmət etmir: “Yüz il öncə baş verən hadisə ilə bağlı qərar qəbul etməkdənsə, onlar Xocalı soyqırımına, ermənilər tərəfindən işğal edilən ərazilər və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə münasibət bildirsinlər”. Nazir əlavə edib ki, Fransa senatının bu qərarını deputatların təxminən 10 faizi qəbul edib və bu da demokratik baxımdan düzgün deyil: “Bu, mərhələli prosesdir. Ancaq biz bu məsələni təhlil edir, yaxından izləyir və izləyəcəyik”,-deyən E.Məmmədyarov bu qərarın regional münasibətlərə də problem olan bir qərar olduğunu bir daha vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5522.html