Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Araz Əzimov ABŞ Dövlət Departamentində və Müdafiə Nazirliyində görüşlər keçirib
24.12.11 02:12

Xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ tərəfi ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsi üçün Dövlət Departamentinin dəvəti ilə dekabrın 20-22-də Vaşinqtonda işçi səfərdə olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-dakı səfirliyimizdən veriblər. Səfər müddətində A.Əzimov ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyində görüşlər keçirib, Atlantik Şurada (Atlantic Council) çıxış edib. Dövlət Departamentində keçirilmiş görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Müdafiə Nazirliyində A.Əzimov Azərbaycan ilə ABŞ arasında hərbi və təhlükəsizlik sahəsində mövcud olan əməkdaşlıq barədə fikir mübadiləsi aparıb.Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Vaşinqtonun tanınmış beyin mərkəzlərindən olan Atlantik Şurada Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş, “ABŞ-Azərbaycan münasibətləri və Cənubi Qafqaza baxış” mövzusundakı çıxışında A.Əzimov, əsasən, son 20 ildə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolundan, Azərbaycan-ABŞ münasibətlərindən, Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərindən və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesindən bəhs edib. Nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsinin regional təhlükəsizlik və sabitlik üçün zəruriliyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5521.html