Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Parlament prezidenti təbrik edib
24.12.11 02:11

Bu gün Milli Məclisin növbəti iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda spiker Oqtay Əsədov Azərbaycan prezidenti İlham Əliyevin doğum günü münasibəti ilə ölkə başçısını və Azərbaycan xalqını təbrik edib. O qeyd edib ki, İlham Əliyevin prezidentlik dövrü Azərbaycan üçün uğurlu olub. Spiker ölkənin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bu müvəffəqiyyətlərdən biri olduğunu vurğulayıb. Daha sonra parlamentin I vitse-spikeri Ziyafət Əsgərov parlament üzvləri adından Azərbaycan prezidentinə ünvanlanmış təbrik məktubunu oxuyub. Sonra deputatlar cari məsələlərin müzakirəsinə keçib. Qeyd edək ki, bu gündəlikdə “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, ikinci oxunuşda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihələri və Şəhərsalma və Tikinti Məcəlləsi müzakirəyə çıxarılacaq.
URL / WWW
http://kelam.az/article/a-5520.html