Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » M.Əhmədoğlu: “Gürcüstan prezidenti “Exo Moskva” radiostansiyasına verdiyi müsahibəsindəki bəyanatla Azərbaycana xoş sürpriz edib”
06.01.10 20:48

Gürcüstan prezidenti Mixael Saakaşvili dekabr ayında “Exo Moskva” radiostansiyasına verdiyi müsahibəsindəki bəyanatla Azərbaycana xoş sürpriz edib. Gürcüstan lideri indiyədək görünməmiş şəkildə birmənalı olaraq aydın formada Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı politoloq Mübariz Əhmədoğlu jurnalistlərə müsahibəsində bildirib. M.Əhmədoğlu qeyd edib ki, M.Saakaşvili hakimiyyətdə olduğu müddət ərzində Qarabağ münaqişəsi haqqında bu cür açıq bəyanat verməyib.Politoloqun fikirincə M.Saakaşvili hakimiyyətə gəldiyi 2004-cü ildən bəri bu cür mövqe nümayiş etdirsəydi indiyədək Qarabağ problemi həll olunardı və Gürcüstan Abxaziya və Asetiyanı da itirməzdi. M.Əhmədoğlu bunu onunla izah edib ki, Qarabağ münaqişəsi yaranadan bəri Qərbin şüphə ilə qarşıladığı regionun üçüncü dövləti kimi Gürcüstanın münaqişəyə bu zamanadək konkret mövqe göstərməməsidir. “Gürcüstanın indiyədək Qarabağ problemi ilə əlaqədar susmağı regiona maraqlı olan qüvvələrdə Azərbaycanın fikirlərinə qarşı şüphə oyadıb. Buna baxmayaraq bu susqunluğun müqabilində də ən böyük zərəri 2008-ci ilin avqust ayında M.Saakaşvili özü çəkdi”,-deyə politoloq vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-552.html