Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Prezident Kuboku uğrunda VI çövkən milli oyununun qalibi bu gün bəlli olacaq
22.12.11 20:27

Prezident kuboku uğrunda VI çövkən milli oyunun finalına Şəki və Ağdam komandaları vəsiqə qazanıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu mərhələyə yüksəlmək üçün komandalar gərgin mübarizə aparıblar. Belə ki, Şəki komandası Balakən komandasına 2-1, Ağdam təmsilçiləri isə Ağstafa komandasına 2-1 hesabı ilə qalib gələrək finala çıxıblar. Yarışın 3-cü yer sahibi də məlum olub. Şəkililərə uduzan balakənlilərlə ağdamlılara uduzan ağstafalılar arasında keçirilən yarışdan sonra 1-0 hesabı ilə Balakən komandası 3-cü yeri qazanıb. Papaq və sürpapaq oyunlarına gəlincə isə, papaq oyununda Zaqatala komandası 1-ci, Goranboy 2-ci, Qəbələ isə 3-cü yer mükafatını, sürpapaq oyununda isə Oğuz 1-ci, Qax 2-ci, İsmayıllı isə 3-cü yer mükafatını qazanıblar. Xatırladaq ki, Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən Prezident Kuboku uğrunda VI çövkən milli oyunu üzrə yarışın finalına vəsiqə qazanan Ağdam və Şəki komandaları arasında final görüşü bu gün keçiriləcək və qalib bəlli olacaq.
URL / WWW
http://kelam.az/article/a-5519.html