Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhmədinejad Yerevana səfər edəcək
22.12.11 20:27

İran prezidenti Mahmud Əhmədinejad dekabrın 23-də Yerevana səfər edəcək. «KƏLAMİNFO» xəbər verir ki, bunu İranın İRNA agentliyinə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan deyib. O bildirib ki, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti əsasında reallaşdırılır. O xatırladıb ki, səfər bir neçə ay bundan əvvələ proqnozlaşdırılmışdı, lakin tərəflər səfər zamanı imzalanacaq sənədləri hazır edə bilmədiyindən təxirə salınmışdı. Onun sözlərinə görə, iki ölkə arasında əla münasibətlər var və bunu yüksək rütbəli rəsmilərin qarşılıqlı səfərləri təsdiq edir. İran prezidentinin də səfəri iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq.
URL / WWW
http://kelam.az/article/a-5518.html