Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Putinin nə qədər pulu var?
23.12.11 02:27

Rusiya baş naziri Vladimir Putinin son dörd ildə gəliri təqribən 18 mln. rubl (600 min dollar) təşkil edib. Bunu Rusiya Mərkəzi Seçki Komissiyası açıqlayıb. «KƏLAMİNFO» «Dni.ru»ya istinadən xəbər verir ki, baş nazir prezidentliyə namizəd kimi qeydiyyatdan keçdikdən sonra Putinin və xanımının gəlirləri və əmlakı barədə məlumat dərc edib. Putinin əsas gəliri əmək haqqı olaraq qalır. Son illər ərzində baş nazir ay ərzində 360 min rubl əmək haqqı alıb. Əmək haqqı ilə yanaşı, o, hərbi pensiya, eləcə də səhmlərə görə dividentlər və banklardakı vəsaitlərindən faiz alır. Onun bank hesablarında 5,7 mln. rubl var. Eləcə də Sankt-Peterburq bankında 230 səhmi var. Hökumət başçısı Peterburqda 77,7 kv.m-lik evə, Moskvada 1500 kv.m torpaq sahəsinə malikdir. Onun avtoparkında əsasən köhnə sovet maşınları - 1960-cı il istehsallı QAZ M21, Lada 21214, Skif qoşqu vasitəsi yer alır. Moskvada ona 153 kv.metrlik ev və Peterburqda qaraj verilib. Lyudmila Putinin hesabında isə 8,3 mln. rubl var. Onun adında heç bir mülk qeydiyyata alınmayıb.
URL / WWW
http://kelam.az/article/a-5517.html