Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Administrasiyası və Milli Məclisə 2 yeni qanun layihəsi təqdim ediləcək
22.12.11 20:27

Növbəti ilin əvvəlinə QHT-lərə Dövlət Dəstəyi Şurasının hazırladığı “Peşə birlikləri haqqında” və “İctimai iştirakçılıq haqqında” qanun layihələri Prezident Administrasiyası, həm də Milli Məclisə göndəriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Şura sədri bildirib ki, həmin qanun layihələri hazırda son təkmilləşmə mərhələsindədir. Qanun layihələri bu gün bir daha işçi qrupu tərəfindən dəyərləndiriləcək. Təkliflər ümumiləşdiriləcək və gələn ilin əvvəlində Prezident Administrasiyası, həm də Milli Məclisə təqdim ediləcək. Qeyd edək ki, “Peşə birlikləri haqqında” qanun layihəsi peşə birliklərini özünü tənzimləmə məqsədilə yaradılıb, bütövlükdə üzvlüyə əsaslanan, peşəkar fəaliyyətlə məşğul olan subyektlərin fəaliyyətini tənzimləmək məqsədi daşıyır. Bu layihə 3 bənd, 25 maddədən ibarətdir. “İctimai iştirakçılıq haqqında” qanun layihəsi əsasən dövlət və cəmiyyətin müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi, bu prosesdə bilavasitə vətəndaşların iştirakı nəzərdə tutulur. Eyni zamanda, ictimai nəzarətin həyata keçirilməsində vətəndaşlara əlavə üstünlük verir, nəzarət mexanizmini daha da təkmilləşdirir.
URL / WWW
http://kelam.az/article/a-5516.html