Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » YAP Serbiyanın Demokrat Partiyası ilə memorandum imzalayıb
23.12.11 01:27

Bu gün Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Serbiyanın Demokrat Partiyası (SDP) ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. “KƏLAMİNFO” xəbər verir ki, sənədi YAP sədr müavini, millət vəkili Əli Əhmədov və SDP sədr müavini, Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç imzalayıblar. Mərasimdə Ə.Əhmədov bildirib ki, memorandumun imzalanması Azərbaycanla Serbiya arasında əlaqələrin genişləndirilməsinə şərait yaradacaq. “İki partiyanın gənclər təşkilatlarının da bir-biri ilə sıx əlaqə yaratması mühüm amildir” - deyə Ə.Əhmədov vurğulayıb. O qeyd edib ki, partiya beynəlxalq əlaqələrini, dünya ölkələri partiyaları ilə əməkdaşlığını günü-gündən genişləndirir. “Avropa Xalq Partiyası, həmçinin Asiya ölkələrinin siyasi partiyaları ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlığın sərhədlərinin genişləndirilməsi üçün partiyanın bütün imkanları var” - deyə o, əlavə edib. D.Petroviç iki partiya arasında əməkdaşlığın inkişafının Serbiya və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb. İki ölkə prezidentlərinin son qarşılıqlı səfərləri ölkələr arasında əməkdaşlıq üçün geniş perspektivlər açıb. Onun sözlərinə görə, partiyalar arasında imzalanmış sənəd gələcək fəaliyyətin hüquqi əsasını qoyur. “Bizim dövlətlərimizin ümumi məqsədi var – bu da Avropa İttifaqına üzv olmaqdır. Bu da bir o qədər asan həll olunan məsələ deyil” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5514.html