Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avropa parlamentinin üzvü: “İstəmirəm ki, Azərbaycanı təkcə neft-qaz ehtiyatlarına görə tanısınlar”
23.12.11 03:25

“Mən istəmirəm ki, Azərbaycanı Avropada təkcə zəngin neft-qaz ehtiyatlarına görə tanısınlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Avropa Parlamentinin fransalı üzvü xanım Raşida Dati bildirib. O qeyd edib ki, Azərbaycanın Avropa üçün çox maraqlı olan zəngin mədəniyyəti və tarixi var. “Avropalılar üçün bu, çox vacib sahələrdir. Zəngin tarixi, mədəniyyəti və təbiəti olan bir ölkə ilə əməkdaşlıq Avropaya görə çox zəruridir” - deyə R.Dati vurğulayıb. Onun sözlərinə görə? bu gün onun yaşadığı regionda Azərbaycanın təkcə enerji ehtiyatları ilə deyil, həm də sadaladığı xüsusiyyətləri ilə tanımaqda maraqlıdırlar. “Sizin zəngin muğamınız var, hansı ki Fransada buna böyük maraq göstərirlər. Biz bir neçə dəfə Parisdə sizin rəssamların və sənətkarların əl işlərindən ibarət sərgilər də təşkil etdik, bu, çox böyük maraqla qarşılandı. Hesab edirəm bunu digər Avropa ölkələrində də davam etdirmək lazımdır, çünki bunun Avropada Azərbaycan üçün faydaları çoxdur” - deyə o, əlavə edib. R.Dati Azərbaycanın zəngin irsinin qabardılıb geniş miqyasda tanınmasında Heydər Əliyev Fondunun, onun prezidenti xanım Mehriban Əliyevanın rolunu xüsusilə qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-5513.html