Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Seçkilərdə qanun pozuntuları araşdırılır
22.12.11 02:59

Rusiya DİN və İstintaq Komitəsi prezident Dmitri Medvedyevə Dövlət Dumasına seçkilərdə seçki kampaniyası və səsvermənin gedişatında pozuntular haqqında məruzə edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib. Məlumatda qeyd olunur ki, təşviqat kampaniyasının başlanğıcından Federasiyanın 12 subyektndə 53 cinayət işi açılıb. Seçki kampaniyasının gedişatında pozuntularla bağlı 259 şikayət daxil olub. Bu şikayətlər əsasən “Ədalətli Rusiya” və Kommunist Partiyası tərəfindən edilib. 9 şikayət səsvermənin nəticələrnin saxtalaşdırmasına aiddir. Bunlardan beşi seçki qutularına artıq bülleten atılması, dördü isə seçicilərin ələ alınması ilə bağlıdır.
URL / WWW
http://kelam.az/article/a-5510.html