Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə Misirdə keçiriləcək beynəlxalq konfransa dəvət alıb
07.01.10 03:46

Cari ilin 22-25 fevral tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində bu ölkənin İslam İşləri üzrə Ali Şurası və Vəqflər Nazirliyi tərəfindən “İslam şəriətinin məqsədləri və müasir dövrün problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda iştirak etmək üçün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və sədr müavini müfti Salman Musayev tədbirə dəvət alıblar. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin Xarici əlaqələr şöbəsinin müdüri Müqəddəs Payızov verib. M.Payızovun sözlərinə görə, “İslam şəriətinin məqdsədləri və müasir dövrün problemləri” mövzusunda beynəlxalq konfransda 7 mövzu üzrə mövcud olan problemlərin həlli məsələləri müzakirə oluncaq. O, konfransda əsasən İslamda nəfsin qorunması, dini ehkamlar, dini qaydalar, beynəlxalq hüquq və insan haqları ilə şəriət, insan orqanlarının köçürülməsi və şəriət, İslam aləminin ailə problemi və.s kimi məsələlərin müzakirə olunacağını bildirib. Konfransda bütün İslam ölkələrindən ali din xadimləri iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-551.html