Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Musa Yaqub: “Azərbaycan dili sanki unudulub”
22.12.11 02:59

Söz Azadlığını Müdafiə Fondu (SAMF) 2010-cu ildən başlayaraq Azərbaycan dilinin qorunması və inkişafına dəstək vermək istiqamətində silsilə tədbirlər həyata keçirir. “KƏLAMİNFO” xəbər verir ki, fond rəhbərliyi bu istiqamətdə həyata keçirdiyi “Küçə reklamlarında dövlət dilinin qorunması: real vəziyyət, problemlər və həlli yolları” mövzusunda tədbir keçirib. Tədbirdə çıxış edən SAMF sədri Musa Yaqub bildirib ki, fond küçə reklamlarında Azərbaycan dilinin qorunması ilə bağlı layihə reallaşdırır: “Həyəcan təbili çalmaq üçün kifayət qədər əsaslar var. Azərbaycan dili sanki unudulub, qanunlara əməl edilmir”.Layihə ilə bağlı məlumat verən fondun eksperti Vüqar Tofiqli bildirib ki, bu ilin noyabrında SAMF əməkdaşları Bakı şəhərində yerləşən firma və digər təyinatlı obyekt adlarının yazılışındakı analoji vəziyyətin öyrənilməsi ilə bağlı monitorinq aparıblar. Monitorinq Bakının 4 rayonunda 25 küçə və meydanı, 875 xidmət obyektini əhatə edib. Məlum olub ki, reklam xarakterli lövhələrin ümumilikdə 63 faizi ingilis, 14 faizi rus, 12 faizi türk, cəmi 6 faizi Azərbaycan dilindədir. Qalan 2 faiz adların isə hansı məna daşıdığı araşdırmaçıların özləri üçün də qaranlıq qalıb. Halbuki mövcud qanunlara əsasən, reklam xarakterli adlar Azərbaycan dilində yazılmalı, onun qarşısında hər hansı əcnəbi dildə izahı verilməlidir. Tədbirdə çıxış edən millət vəkili, yazıçı Sabir Rüstəmxanlı da toxunulan məsələnin çox böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edək ki, SAMF apardığı monitorinqin nəticələri ilə bağlı Milli Məclisə müraciət edib.
URL / WWW
http://kelam.az/article/a-5509.html