Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: Qarabağ məsələsinin dünya gündəmini zəbt etməsinin özü bir irəliləyişdir
22.12.11 01:59

“Çox təəssüflər olsun ki, Dağlıq Qarabağla bağlı ilin əvvəlində olan müsbət tendensiyalar sonradan uğursuzluqla nəticələndi. Amma ümumilikdə arxada qoyduğumuz il bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinin ən çox müzakirə olunduğu il kimi yadda qaldı”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, münaqişənin həllində müsbət nəticə əldə olunmasa da, onun dünya gündəmini bu cür zəbt etməsinin özü bir irəliləyişdir. “Artıq müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanın üzləşdiyi bu problemlə bağlı müxtəlif qətnamələr qəbul edirlər. Ayrı-ayrı ölkələrin parlamentləri Dağlıq Qarabağ, xüsusilə də Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edirlər. Artıq çoxsaylı müxtəlif tərəflər bu problemin beynəlxalq hüquqlar çərçivəsində və BMT-nin müvafiq dörd qətnaməsi əsasında həllini istəyirlər. Yəni əgər əvvəllər qondarma erməni soyqırımı deyilən bir yalançı iddianın qəbul olunması paradını dünyada müşahidə edirdiksə, artıq bu gün bunun əksi olan tendensiya gedir” - deyə B.Muradova vurğulayıb. Vitse-spiker hesab edir ki, Azərbaycan ötən il də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və müvafiq qərarların qəbul edilməsində öz səylərini düzgün qurub.
URL / WWW
http://kelam.az/article/a-5508.html