Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: Rusiyada və Qazaxıstanda baş verən hadisələr Azərbaycana təsiri edə bilməz
22.12.11 02:58

“Azərbaycanda bəzi müxalifət qüvvələri xalqın iradəsinə söykənmək əvəzinə, dünyada baş verən proseslərin təsiri ilə hərəkət etmək yolunu tutub”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, müxalifətin bu metodu təzə hadisə deyil. “Biz bunu son 3 ildə Qırğızıstanda, Liviyada, Tunisdə, Misirdə və digər ölkələrdə yaşanan proseslərdən sonra Azərbaycan müxalifətinin hərəkətlərində hiss edirik”-deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyib ki, Azərbaycanda hər hansı şəkildə uğur əldə etmək üçün mütləq şəkildə xalqın iradəsinə söykənmək lazımdır. “Əgər bu iradəyə cavab vermirlərsə onların istənilən arzusu, istənilən planları məhvə məhkumdur. Ona görə də biz heç bir zaman Azərbaycanın xaricində baş verən hadisələrlə ölkə daxilindəki prosesləri eyniləşdirmirik. Onlar arasında əlaqə axtarmırıq, çünki burada heç bir əlaqə yoxdur. Məsələn Qazaxstanda hansısa kiçik bir münaqişənin olması, yaxud da Rusiyada daxili ictimai-siyasi proseslərdə yaşanan hansısa halların Azərbaycana nə aidiyyatı var?”-deyə o, bildirib. Onun sözlərinə görə, hər bir ölkənin öz daxili tənzimləmə mexanizmi var və bu hakimiyyət-xalq münasibətidir. “Əgər xalqın iradəsinə söykənən hakimiyyət onun ictimai, iqtisadi ehtiyacını, istək və arzularını ifadə edirsə o hakimiyyət möhkəmdir, sabitdir. Belə cəmiyyətdə kiminsə araqarışdırma cəhdləri məhvə məhkumdur. Bu gün Azərbaycanda iqtidarla xalq arasında yekdillik var. Azərbaycan iqtidarı Azərbaycan xalqının iradəsinə söykənir”-deyə Ə.Həsənov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5507.html