Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” adlı layihə davam edir
21.12.11 01:58

Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə başladığı “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” adlı layihəsi davam edir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə çərçivəsində seminarlar artıq respublikanın 11 şəhər və rayonunda (Gəncə, Lənkəran, Ağdaş, Şamaxı, Şirvan, Mingəçevir, Qusar, Zaqatala, Şəki, Göyçay və Sumqayıt) keçirilib. Seminarlar respublikanın tanınmış alimləri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları tərəfindən aparılır. Xatırladaq ki, layihənin əsas məqsədi mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakının təmin edilməsi və təlimlərin keyfiyyət etibarilə yeni peşə təfəkkürünün formalaşmasına və mədəniyyət sahəsinin imicinin artırılmasına xidmət edir. Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbir cari ilin 26 dekabr tarixində Abşeron rayon Mədəniyyət və Turizm şöbəsində təşkil olunacaq. Seminarda yerli mütəxəssislərlə yanaşı, Qazaxıstan Milli İncəsənət Akademiyasının Sosial-humanitar fənlər kafedrasının müdiri Aliya Alimjanova da iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-5506.html