Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Kanadada fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan dili məktəbi tədbir keçirib
20.12.11 20:58

Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan dili məktəbinin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Kanadadakı səfirliyimizdən veriblər.Tədbir zamanı qeyd olunan həftə sonu məktəbdə oxuyan şagirdlərin ifasında Azərbaycanın Dövlət Himni, o cümlədən, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə xas olan bir sıra şeir və musiqilər səsləndirilib. Tədbirdən hazırlanmış videolara “facebook” sosial şəbəkəsində açılmış “Karabakh Azeri Saturday language school” adlı səhifədə baxmaq mümkündür. Qeyd edək ki, “Qarabağ” (Karabakh) adlı Azərbaycan dili məktəbi 2011-ci ilin 10 sentyabr tarixində Kanadanın Ottava şəhərində fəaliyyətə başlayıb. Qeyd edək ki, məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilib. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.
URL / WWW
http://kelam.az/article/a-5505.html