Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Çaves: “Obama, sən sadəcə ikiüzlüsən”
20.12.11 20:58

Venesuela prezidenti Uqo Çaves ABŞ prezidenti Barak Obamanı tənqid atəşinə tutub. «KƏLAMİNFO» xəbər verir ki, Çaves Venesuelanın «El Universal» qəzetinə verdiyi müsahibədə bildirib ki, «Obama yenə bizə hücuma keçir, yaxşı olardı ki, o özünü öz ölkəsinə həsr edərdi və öz problemləri ilə məşğul olardı. Çaves Venesuela hökumətinin iclasında bildirib ki, Obamanın onun ölkəsinin əleyhinə səsləndirdiyi bəyanatlar yalnız seçici səsləri uğrunda mübarizədir. «Belə məsuliyyətsiz olma, Obama. İkiüzlü, sən sadəcə ikiüzlüsən» - deyə o, ABŞ prezidentinə müraciətində bildirib. Çaves Obamanı Afrikadan çıxıb, Amerikada yaşayanlar, eləcə də ona ümid edən Afrika ölkələri arasında ən uğursuz şəxs adlandırıb.
URL / WWW
http://kelam.az/article/a-5503.html