Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ Konqresi Belarusa qarşı yeni layihə hazırlayır
21.12.11 02:58

ABŞ Konqresi Belarusda insan haqlarının pozulmasına son qoymaq və siyasi məhbusların azadlığa buraxılması üçün bu ölkəyə təzyiqləri artırmaq niyyətindədir. «KƏLAMİNFO» «svobodanews.ru»ya istinadən xəbər verir ki, Konqresdə hazırlanan «Belarusda demokratiya və insan haqları» haqqındakı layihədə tələb olunur ki, ötən il dekabrın 19-da baş verən kütləvi aksiyalarda tutulan bütün məhbuslar azadlığa buraxılsın. O cümlədən layihədə ABŞ-a viza verilməsi qadağan olunan məmurların siyahısı genişlənib. Layihədə Beynəlxalq Hokkey Federasiyasına çağırış da ünvanlanıb ki, onlar 2014-cü il dünya çempionatını Minskdə keçirməkdən imtina etsinlər. Qeyd edək ki, dekabrın 18-də Minskdə ötən ilki hadisələrin ildönümü ilə bağlı keçirilən aksiyada 30-dan çox adam tutulub.
URL / WWW
http://kelam.az/article/a-5502.html