Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Siyavuş Novruzov: “Azərbaycan müxalifəti heç vaxt bir araya gələ bilməyib”
21.12.11 02:58

“Azərbaycan müxalifəti xalq tərəfindən dəstəklənmir və heç bir nüfuzu yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Azərbaycan müxalifətinin Rusiyadakı müxalif qüvvələrin başladığı hərəkatdan ilham alması ilə bağlı sualı cavablandıran millət vəkili qeyd edib ki, yerli müxalifətin xalq arasında dayağı yoxdur: “Azərbaycan müxalifəti küləyə də, yağışa da ümid bəsləyir. Çünki onların xalqla bağlılıqları olmadığına görə ancaq başqa hadisələrə ümid bəsləyirlər. Azərbaycan müxalifəti vaxtilə “Narıncı inqilab”a, “Qızılgül inqilabı”na görə öz rəngini dəyişmişdi. Bir gün narıncı qalstuk bağladılar, sonra əllərinə gül aldılar. Amma bunların heç bir nəticəsi olmadı. Çünki Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır”. S.Novruzov qeyd edib ki, Azərbaycanda müxalifət heç vaxt bir araya gələ bilməyib, ona görə də xalq arasında dəstəyi yoxdur.
URL / WWW
http://kelam.az/article/a-5501.html