Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycan Milli Məclisinə dəstək” adlı Tvinninq layihənin yekun konfransı keçirilir
20.12.11 20:58

Bu gün Bakıda “Azərbaycan Milli Məclisinə dəstək” adlı Tvinninq layihəsinin yekun konfransı keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfransda MM Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, layihə çərçivəsində Azərbaycan qanunvericiliyinin Avropa qanunvericiliyinə yaxınlaşdırılması istiqamətində çoxlu iş görülüb. O qeyd edib ki, Avropa İttifaqının dəstəyi ilə layihə 115 həftədir ki, həyata keçirilir və layihə çərçivəsində Azərbaycanda bir sıra qanun layihələri qəbul olunub, yaxud üzərində iş gedir. “Bunlardan “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya qanunu artıq qüvvəyə minib, “Tikinti və Şəhərsalma Məcəlləsi” dekabrın 23-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq, “Rəqabət Məcəlləsi” üzrə isə işlər hələ davam edir” - deyə S.Mirzəyev vurğulayıb. O bildirib ki, “Azərbaycan Milli Məclisinə dəstək” adlı Tvinninq layihəsi 2009-cu ilin sentyabr ayından həyata keçirilir və layihə 280 Tvinninq layihənin içində demokratik inkişafa gətirən ən yüksək layihə hesab olunub. “Layihə çərçivəsində, həmçinin Azərbaycan ictimaiyyətinin Avropa Birliyi barədə məlumatlandırılması istiqamətində işlər görülüb. Bununla bağlı müvafiq internet sayt yaradılıb və kifayət qədər uğurla fəaliyyət göstərib” - deyə o, əlavə edib. Tədbirdə Litva seymi Aparatının rəhbərinin müavini, Tvinninq layihəsinin rəhbəri Qedeminas Aleksonis bildirib ki, iki ildən çox davam edən layihə çərçivəsində Azərbaycanın qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində işlər aparılıb. “Layihənin digər uğuru da Avropa parlamentarilərinin Azərbaycanı daha yaxından tanıması oldu. Bu müddət ərzində 60 yaxın keçirilən birgə tədbirdə 7 Avropa ölkəsinin ekspertləri və parlamentariləri iştirak edib” - deyə o, əlavə edib. Qeyd edək ki, konfransda Azərbaycandan olan mütəxəssislərlə yanaşı, Avropadan olan ekspertlər də iştirak edir.
URL / WWW
http://kelam.az/article/a-5499.html