Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanlı gənc bəstəkarın Avropa uğurları
20.12.11 02:32

Gənc azərbaycanlı bəstəkar Günay Mirzəyevanın Avropa ölkələrində silsilə konsertləri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ştutgart Konservatoriyasının məzunu, Azərbaycan Respublikasının Dövlət proqramının təqaüdçüsü olan gənc bəstəkarımız hazırda İtaliyanın paytaxtı Roma şəhərində Santa Cecilia Konservatoriyasında və eyni zamanda Almaniyanın Karlsruhe şəhərində bəstəkar Volfgang Rihmin sinfində doktorantura təhsili alır. Bir sıra uğurlara imza atan Günay Mirzəyevanın Milanda məhşur Teatro Dal Verme konsert zalında skripka üçün yazılmış “Təsadüflər” əsərinin premyerası olub. Əsəri İtaliyan skripkaçısı Marco Fusi ifa edib. Qeyd edək ki, həmin əsər Romada keçirilən Germi Music Festivalı çərçivəsində, Teatro Nuovo Colosseo zalında da uğurla səslənib. Həmyerlimizin İtaliyanın Lucca şəhərində Festival Cluster çərçivəsində Gitara solo üçün yazdığı “Muğam impulsları 2” əsəri məhşur finlandiyalı gitara ifaçısı Patrik Kleemola tərəfindən ifa olunub. Xatırladaq ki, G.Mirzəyevanın digər əsəri klarnet və piano üçün bəstələdiyi “İnkongruenz” Turin şəhərində Rive Gauche festivalı çərçivəsində Pomus Ensemble dei Pomeriggi Musicali di Milano tərəfindən ifa olunub.
URL / WWW
http://kelam.az/article/a-5494.html