Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Janaozen məktəbliləri tətilə buraxıldı
19.12.11 20:29

Qazaxıstanın Janaozen şəhərində kütləvi iğtişaşlar zamanı ölənlərin sayı artmaqdadır. «KƏLAMİNFO» Rusiya xəbər agentliklərinə istinadən xəbər verir ki, ölkə prokurorluğu 15 iğtişaş iştirakçının öldüyünü təsdiqləyib. Toqquşmalar nəticəsində xeyli insanın xəsarət aldığı, 50-yə yaxın binanın, o cümlədən şəhər icra hakimiyyəti və neft şirkəti binasının yandırıldığı bildirilir. Bu gün, həmçinin şəhər rəhbərliyi məktəblilərin vaxtından əvvəl tətilə buraxılması barədə qərar qəbul edib. Prezident Nursultan Nazarbayev iğtişaşların mərkəzi olan Janaozen şəhərində fövqəladə vəziyyət elan edib. Etiraz aksiyalarında artıq 6 ay ərzində maaşlarını almayan neftçilərin iştirak etdiyi bildirilsə də, bəzi mənbələr iğtişaşların kənar şəxslər tərəfindən törədildiyini vurğulayır.
URL / WWW
http://kelam.az/article/a-5492.html