Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanın uşaq və gənclərin sülh şəbəkəsinin üzvləri Heydər Əliyev Fondunda olublar
05.01.10 21:53

Bu gün Azərbaycanın uşaq və gənclərin sülh şəbəkəsinin üzvləri Heydər Əliyev Fondunda olublar. KƏLAMİNFO xəbər verir ki, qonaqlara Fondun tarixi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond yarandığı gündən səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə bir sıra layihələr həyata keçirib. Fond, həmçinin uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara baxıblar.
URL / WWW
http://kelam.az/article/a-549.html