Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekspert: Fransanın Minsk Qrupunda qalması münaqişənin həllində son ümidləri də puç edə bilər
19.12.11 20:29

“Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı atdığı addım rəsmi Parisin münaqişənin həllində tərəfsizliyini pozur”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, belə bir vəziyyətdə Azərbaycan Fransanın Minsk qrupunda qalmasına qarşı etirazını bildirməlidir. “Hər şey göz qabağındadır. Bu gün Fransanın hazırkı rəhbərliyinin heç nədən çəkinmədən Ermənistana rəğbət bəslədiyi açıq şəkildə görünür. Görünür, prezident Nikolo Sarkozini Fransa-Türkiyə münasibətlərinin gərginləşməsi az narahat edir və bu addım qarşıdan gələn seçkilərdə erməni lobbisinin dəstəyini almağa xidmət edir”,-deyə E.Şahinoğlu vurğulayıb. Ekspert deyib ki, ATƏT-in Minsk qrupunda Fransanın Avropa Birliyi ilə dəyişdirilə biləcəyi dəfələrlə gündəmə gəlib. “Azərbaycan bu ideyanın gerçəkləşməsi üçün əlindən gələni etməlidir. Ən azı parlamentdə Fransa-Azərbaycan dostluq qrupu hərəkətə keçməlidir. Əks halda münaqişənin həllində son ümidlər də puça çıxa bilər” - deyə o, əlavə edib. Qeyd edək ki, Fransa parlamentinin aşağı palatası bu yaxınlarda qondarma “erməni soyqırımı”nı tanımayanlara qarşı cəzaların tətbiq edilməsi ilə bağlı qanun qəbul edib.
URL / WWW
http://kelam.az/article/a-5488.html