Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Uşaq xalq çalğı alətləri orkestrinin konserti keçiriləcək
16.12.11 19:54

Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Uşaq xalq çalğı alətləri orkestrinin konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, uşaq xalq çalğı alətləri orkestrinin tərkibində Bakı, Sumqayıt şəhər, Abşeron rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri çıxış edəcəklər. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevdir. Konsert proqramına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi daxil edilib. Tədbir 18 dekabr 2011-ci il tarixində saat 17:00-da keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-5486.html