Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Putinin reytinqi ən aşağı həddə düşüb
17.12.11 02:54

Əgər Rusiyada prezident seçkiləri bu bazar günü keçirilsəydi, onda ölkə vətəndaşlarının 42 faizi «Vahid Rusiya» partiyası tərəfindən seçkilərdə namizəd irəli sürülmüş baş nazir Vladimir Putinə səs verərdi. «KƏLAMİNFO» «İnterfaks»a istinadən xəbər verir ki, bunu Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin dekabrın 11-13-də ölkənin 46 vilayətinin 138 yaşayış məntəqəsində keçirdiyi sorğunun nəticələri göstərib. Qeyd edilir ki, belə bir göstərici baş nazirə seçkilərin birinci turunda qalib gəlməyə imkan vermir. Eyni zamanda, «İctimai Rəy» Fondu dekabr reytinqini müəyyən edib və bəlli olub ki, baş nazir və prezidentə etimad ilk dəfə olaraq minimal həddə düşüb. Putinə cəmi 44, Medvedyevə isə 39 faiz səs verməyə hazırdır. Halbuki, 2008-ci ildə Putində bu göstərici 70, Medvedyevdə isə 59 idi.
URL / WWW
http://kelam.az/article/a-5484.html