Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan Dillər Universiteti yubileyə hazırlaşır
17.12.11 02:54

Azərbaycan Dillər Universiteti (ADU) Xalq yazıçısı Mirzə İbrahimovun yubileyinə hazırlaşır. Universitetin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, dramaturq, ədəbiyyatşünas, dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçiriləcək. Konfransda təhsil naziri Misir Mərdanov, ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, yazıçının qızı, bəstəkar Sevda İbrahimova çıxış edəcək, yazıçının ədəbi-bədii yaradıcılığından danışacaqlar. Qeyd edək ki, M.İbrahimova həsr edilmiş slaydın da nümayiş olunacağı elmi-praktiki konfrans dekabrın 19-da saat 10:00-da universitetin əsas binasının (Rəşid Behbudov küçəsi 60) böyük akt zalında keçiriləcək. Xatırladaq ki, Azərbaycan ədəbiyyatı tarixində misilsiz xidmətləri olan Mirzə İbrahimov Azərbaycan oxucusu və tamaşaçısının yaddaşında 1962-ci ildə ekranlaşdırılan “Böyük dayaq” bədii filmi ilə daha çox qalıb.
URL / WWW
http://kelam.az/article/a-5482.html