Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Həkimlər uğurlu nəticə əldə ediblər
16.12.11 19:54

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Belə ki, dekabrın 14-də urologiya, nevropatologiya və yoluxucu xəstəlikləri ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 24 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 23 nəfər uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları immunologiya, oftalmologiya və mamalıq-ginekologiya ixtisasları üzrə 21 dekabrda keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-5481.html