Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatına dair beynəlxalq konfrans keçirilir
16.12.11 19:54

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı” adlı beynəlxalq konfrans keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfrans “Etik Jurnalistika Təşəbbüsləri- Azərbaycan” layihəsi çərçivəsində keçirilir. Tədbirdə layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, layihə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və İsveçin LO-TCO təşkilatı tərəfindən dəstəklənir. Təbirdə çıxış edən Prezident Administrasiyasının ictimai- siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkədə əhalinin əmək haqlarının qorunmasına dövlət dəstəyindən danışıb. O bildirib ki, cari ildə əhalinin orta aylıq pensiyası 190, orta aylıq əmək haqqı isə 450 ABŞ dolları təşkil edir. Onun sözlərinə görə, ünvanlı sosial yardım proqramı çərçivəsində 113 min ailənin hər birinə hər ay 102 manat vəsait verilir. “Mətbuatın inkişafı da təbii olaraq daim dövlətin diqqəti mərkəzindədir. Son illər artıq Azərbaycan mətbuatının yubileyləri dövlət səviyyəsində geniş miqyasda qeyd olunur. Aparıcı kütləvi informasiya vasitələrinə mütəmadi olaraq yüksək məbləğdə dövlət yardımı ayrılır. Ötən il mətbuatın 135 illiyi münasibətilə Azərbaycan prezidentinin sərəncamı ilə 92 mətbuat nümayəndəsinə dövlət mükafatı və fəxri adlar verilib. Bundan başqa, ölkə başçısının sərəncamı ilə evsiz mətbuat nümayəndələrinin ev ilə təmin olunması məqsədilə 5 milyon manat vəsait ayrılıb. Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb ki, bu da mətbuatın inkişafında birbaşa dövlətin maraqlı olmasını göstərir” - deyə V.Əliyev vurğulayıb. PA rəsmisi onu da bildirib ki, bütün bunlara baxmayaraq, informasiya cəmiyyətinin inkişafında müəyyən çatışmazlıqlar da var. “Bu gün Azərbaycanda 4500-dən artıq media orqanı fəaliyyət göstərir ki, bu, kiçik bir ölkə üçün böyük inkişafdır. Bütün bunları nəzərə alaraq Azərbaycan dövləti bundan sonra da jurnalistikanın inkişafına dəstəyi əsirgəməyəcək” - deyə o, əlavə edib. Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalist Həmkarlar İttifaqının fəaliyyətindən danışıb. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, jurnalistlərin əmək hüquqlarının qorunmasını istəyiriksə, ilk növbədə həmkarların üzvü olmalıyıq ki, onların təklif elədiyi imtiyazlardan yararlana bilək. “Biz istəyirik ki, jurnalistlərin də istirahət mərkəzləri olsun və güzəştli şərtlərlə orada dincələ bilsinlər. Qeyd edək ki, tədbirdə Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndəsi Adrien Collin, Avropa İttifaqının Bakı nümayəndəliyi və digər qurumlar iştirak edirlər. Konfrans işini bir neçə panel üzrə davam etdirəcək. Bunlar “Azərbaycanda əmək standartlarının tətbiqi sahəsində əldə edilən nailiyyətlər və mövcud problemlər”, “Əmək standartları və Sosial dialoq: Beynəlxalq Praktika” və “Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatında birlik və həmrəylik problemləri” adlı panellərdir.
URL / WWW
http://kelam.az/article/a-5480.html