Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycana "A H1N1" virusuna qarşı vaksinlər yanvarın 7-də gətiriləcək
06.01.10 03:53

Azərbaycana "A H1N1" virusuna qarşı vaksinlər yanvarın 7-da gətiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov verib. Ş.Qurbanov bildirib ki, vaksinlər ölkəyə əvvəlcədən müəyyən olunmuş miqdarda, yəni 170 min doza həcmində gətiriləcək. “Bu da əhalinin təqribən 2 faizi üçün nəzərdə tutulub. Peyvəndlərin ilk partiyası əhalinin risk qrupuna aid olan təbəqəsinə, əsasən tibb işçilərinə, gömrük-sərhəd xidmətinin əməkdaşlarına, bronxial xəstələrə və hamilə qadınlara vurulacaq”, - deyən Ş.Qurbanov qeyd edib ki, Azərbaycanda xəstəliklə bağlı vəziyyət hələlik stabil olduğu üçün vaksinlərin göndərilməsində bir az ləngimələr yaranıb. Qeyd edək ki, Azərbaycanda 14 nəfər "donuz qripi"nə yoluxub. Onlar arasında ölüm faktı qeydə alınmayıb. Xəstələr hamısı müalicə edilərək evə buraxılıblar. Xatırladaq ki, peyvəndlərin ilk partiyası əhalinin risk qrupuna aid olan təbəqəsinə vurulacaq.
URL / WWW
http://kelam.az/article/a-548.html