Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mahmud Məmmədquliyev Moskvada QİƏT XİNŞ-nin iclasında iştirak edəcək
16.12.11 19:54

Bu gün Moskvada Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası öz işinə başlayır. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. QİƏT XİNŞ-nin 25-ci iclası çərçivəsində kənd təsərrüfatı, nəqliyyat və fövqəladə hallar nazirlərinin görüşlərinin nəticələri daxil olmaqla, Rusiyanın bu təşkilata sədrliyinin (2011-ci il iyun-dekabr) yekunları müzakirə olunacaq. Bundan əlavə, xarici işlər nazirləri təşkilatın effektivliyinin yüksəldilməsi yolları, gələcəkdə regional əməkdaşlığın möhkəmləndirilməsi, Qara dəniz ətrafı dövlətlərin qarşılıqlı əlaqələrinin daha tələbli layihələrinin inkişafı üzrə üzv ölkələrin fəaliyyətinin aktivləşməsi barədə də fikir mübadiləsi aparacaqlar.Qeyd edək ki, görüşün yekununda sədrlik Rusiyadan Serbiyaya keçəcək. Serbiya 2012-ci il yanvarın 1-dən iyunun 30-na qədər QİƏT-də sədrlik edəcək.
URL / WWW
http://kelam.az/article/a-5478.html