Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Hüseynov: Azərbaycanda miqrasiya siyasətini həyata keçirmək üçün mükəmməl qanunvericilik bazası var
16.12.11 19:54

Azərbaycanda miqrasiya siyasətini həyata keçirmək üçün mükəmməl qanunvericilik bazası var. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın miqrasiya sahəsi üzrə qanunvericiliyi MDB və Şərqi Asiya ölkələri ilə müqayisədə daha çox inkişaf edib. Millət vəkilinin fikrincə, Azərbaycanın Dövlət Miqrasiya Xidməti korrupsiyadan kənar bir qurumdur. “Bu gün bir çox yeni sahələrdə xoşagəlməz hallar müşahidə edilir. Mən fəxr edirəm ki, DMX korrupsiyadan kənar qurumdur. Bu tempi qoruyub saxlaya bilərsiniz. Əmin ola bilərsiniz ki, sizin MM ilə əməkdaşlığınız həmişə sağlam olacaq” – deyə Ə.Hüseynov qeyd edib.O bildirib ki, Azərbaycanın iqtisadi inkişaf gözlənilməyən nəticələr ortaya qoya bilər. Bunlardan da biri qeyri-leqal miqrasiyadır. Belə fəsadlara gələcəkdə adekvat cavab verməyə ehtiyac olacaq. Ə.Hüseynov qeyd edib ki, bununla bağlı miqrasiya sahəsi ilə bağlı qanunvericiliyə redaktələr etməyə hazırdırlar. Ə.Hüseynov Azərbaycan dövlətinin digər sahələrlə yanaşı, qanuni miqrasiyanın inkişafında da maraqlı olduğunu söyləyib.
URL / WWW
http://kelam.az/article/a-5477.html