Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Arzu Rəhimov: “Qanunsuz miqrasiya sahəsində bizi daha çox narahat edən ölkələr Pakistan, Çindir”
16.12.11 19:53

Azərbaycana ən ox qanunsuz miqrantlar Türkiyədən gəlir. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirib. Bu, həmin ölkədən Azərbaycana gələn vətəndaşların sayının çoxluğu ilə əlaqədardır. “Azərbaycana hansı ölkədən daha çox əcnəbi vətəndaş gəlirsə, o ölkədən də qanunsuz miqrantlar çox olacaq. Bu il daha çox Türkiyə vətəndaşları müraciət edərək müvəqqəti və daimi yaşamaq icazəsi əldə ediblər. Bu baxımdan bu, yaxşı haldır”.O əlavə edib ki, Azərbaycana xarici ölkə vətəndaşları ilk növbədə Rusiya, Türkiyə, Gürcüstan, İrandan gəlir. Siyahıda bundan sonra MDB-nin digər ölkələri - Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan gəlir. “Eyni zamanda, Azərbaycanda daha çox olan xarici ölkə vətəndaşları Böyük Britaniya, ABŞ vətəndaşlarıdır. Qanunsuz miqrasiya sahəsində bizi daha çox narahat edən ölkələr Pakistan, Çindir. Bu ölkələrin vətəndaşları ölkəmizdə qanunsuz miqrant kimi yaşayırlar. Təbii ki, qanunvericilik çərçivəsində tədbir görülərək onlar barəsində qərarlar qəbul edilib”.
URL / WWW
http://kelam.az/article/a-5476.html