Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Putin: “Mitinqə çıxanlara pul paylanılıb”
16.12.11 02:05

Rusiyanın baş nazir və prezidentliyə namizəd Vladimir Putin bu gün illik tok-şousunu keçirir. O, bu verilişdə Rusiyanın hər tərəfindən gələn tamaşaçı suallarını cavablandırır. Hazırda tok-şou Rusiyanın əsas xəbər kanallarından yayımlanır. Sualları cavablandıran baş nazir seçki məntəqələrində veb-kameralar quraşdırmağı təklif edib. “Bu, Rusiyada hakimiyyəti legitimsizləşdirmək istəyən qüvvələri sıradan çıxarmağa çalışacaq. Qoy 90 min məntəqənin hamısında bu kameraları qoysunlar. Onlar gecə-gündüz işləsinlər”. “KƏLAMİNFO” xəbər verir ki, prezidentin sualları cavablandırmasını «Lenta.ru» onlayn formasında verir. Aparıcıların «hesab edirsinizmi, seçkilər azad və ədalətli keçib» sualına baş nazir «nəticələr ölkədə siyasi qüvvələrin real bölgüsünü əks etdirir» deməklə kifayətlənib. “Exo Moskva”nın redaktoru Aleksey Venidiktovun sualının cavabında isə «şikayətlərlə bağlı məhkəmələrə müraciət etməyi tövsiyə edirəm» deyib. O, müxalifətin mitinqlərində ciddi bir təhlükə görmədiyini də deyib. Onun sözlərinə görə, “Bolotnaya” meydanında keçirilən aksiya iştirakçılarına meydana çıxmaq üçün pul paylayıblar. Bu informasiyanı haradan aldığına isə aydınlıq gətirməyib.
URL / WWW
http://kelam.az/article/a-5475.html