Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Sosial xidmət haqqında” qanun layihəsi üçüncü oxunuşa tövsiyə olunub
16.12.11 02:05

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, iclasda ilk olaraq “Sosial xidmət haqqında” qanun layihəsinə dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Komitə sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsinin sosial xidmət sahəsində fəaliyyət göstərən subyektlərin siyahısına könüllülər də əlavə olunub. “Həmçinin sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi ictimai iştirakçılığın təmin olunması da qeyd edilib. Layihə kifayət qədər işlənilərək hazır vəziyyət gətirilib. Qanunun müddəalarından irəli gələn məsələlər sosial müdafiəyə ehtiyacı olan insanların həyatında mühüm yer tutacaq” - deyə H.Rəcəbli vurğulayıb. Komitə sədrinin müavini Musa Quliyev isə deyib ki, qanun Azərbaycanda qeydə alınan 4308 kimsəsiz uşağın, 410 min əlilin, 400 mindən çox yaşlı insanın müdafiəsinə xidmət edəcək. “Qanun layihəsi xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Yeni qanunla sosial yardıma ehtiyacı olan vətəndaşların kateqoriyaları, sosial yardımın növləri müəyyənləşdiriləcək. Azərbaycanın sosial xidmətinin qanunvericilik əsası yaradıldıqdan sonra sosial işçilərin statusu, onların hüquq və vəzifələri müəyyən ediləcək” - deyə o, əlavə edib. Qanuna görə, sosial işçilər öz fəaliyyətlərini ictimai başlanğıcda həyata keçirməyəcəklər, onlar öz işlərinə görə dövlətdən əməkhaqqı alacaqlar. Qanun layihəsinin yekun variantı hazırlanaraq Milli Məclisin plenar iclasına 3-cü oxunuşda tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-5473.html