Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Abel Məhərrəmov: Ali məktəblər qarşısında tələb qoyulmalıdır
16.12.11 01:05

“Hər bir ali məktəb qarşısında tələb qoyulmalı və məsələ qaldırılmalıdır ki, sən hansı elmi məktəb formalaşdırıbsan, yaxud hansı elmi potensialın var? Bu suallar cavablandırılandan sonra xaricə məzun göndərmək və digər vacib işlərə yanaşma müəyyənləşməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin Təhsil komitəsinin üzvü, akademik Abel Məhərrəmov söyləyib. A.Məhərrəmov bildirib ki, qoyulan suallar, əslində, müasir dövrün tələbləridir. “Amerika universitetləri ona görə güclü deyil ki, onlar superdövlətin ali təhsil ocaqlarıdır. Amerika ona görə superdövlətdir ki, onun güclü universitetləri var” deyən A.Məhərrəmov bu barədə fikirləşməyin zamanının çatdığını qeyd edib və rəhbərlik etdiyi ali təhsil ocağı barədə də fikirlər söyləyib: “Məsələn, Bakı Dövlət Universitetində demək olar ki, bütün fakültələrdə tədris ingilis dilində də aparılır. Bu, kimya, riyaziyyat, fizika və digər fakültələrdə var. Gələcəkdə bunlar potensial xaricə gedən məzunlardır. Bunlar ingilis dilini sərbəst bilirlər. Belələrinin arasından seçmək, xaricə göndərmək və Azərbaycanda elmi məktəb formalaşdırmaq olar” deyən A.Məhərrəmov xaricdəki əlverişli mühiti Azərbaycana gətirməyin vacibliyini qeyd edib. Akademik, həmçinin bildirib ki, universitet göndərdiyi məzunun qarşısında məsələ qoymalıdır ki, o, qayıdandan sonra həmin ali təhsil ocağında onun üçün laboratoriya, ümumilikdə münbit şərait yaradılacaq. A.Məhərrəmov hesab edir ki, Azərbaycanda müasir elmi mühiti bu cür formalaşdırmaq olar.
URL / WWW
http://kelam.az/article/a-5472.html