Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanın yüksək ixtisaslı kadr potensialı yaşlaşır
15.12.11 21:05

“Azərbaycanın elm və təhsil sistemində yüksək ixtisaslı gənc kadrlara ehtiyac var. Bu sistemi daha da inkişaf etdirmək, onu dünya təhsil və elm sisteminə çatdırmaq istəyiriksə, o zaman bir sıra sahələrin inkişaf etdirilməsi ilə yanaşı, yüksək ixtisaslı kadrlar hazırlanmalıdır. Çünki Azərbaycanın yüksək ixtisaslı kadr potensialı yaşlaşır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Rektor açıqlayıb ki, hazırda Azərbaycanda 11 mindən artıq elmi rütbəli kadr var və bunların da 52 faizindən artığının yaşı 65-dən yuxarıdır: “Odur ki, bu məsələ ətrafında düşünməyə ehtiyac var. Yüksək ixtisaslı gənc kadrların hazırlanması və onların sayının artırılması barədə iş aparmalıyıq”.
URL / WWW
http://kelam.az/article/a-5471.html