Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramil Həsənov: TÜRKPA hansısa bir ölkəyə və yaxud quruma qarşı yaradılmış təşkilat deyil
15.12.11 21:05

TÜRKPA Qazaxıstanda yanvarın 15-də keçiriləcək parlament seçkilərini izləyəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TÜRKPA-nın baş katibi Ramil Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, seçkilərdən sonra TÜRKPA seçkilərin nəticələri ilə bağlı hesabat təqdim edəcək və bu hesabata ATƏT PA, MDB PA və digər beynəlxalq qurumlar öz hesabatlarında istinad edəcəklər. “ATƏT və digər beynəlxalq təşkilatlarda TÜRKPA-nın fəaliyyətinə əngəl törətmək istəyən ölkələr və qurumlar var. TÜRKPA-nın yalnız öz daxilində deyil, həmçinin digər ölkələrlərdə də fəaliyyətə üstünlük verən təşkilatdır və hansısa bir ölkəyə və yaxud quruma qarşı yaradılmış təşkilat deyil”-deyə R.Həsənov vurğulayıb. O, bildirib ki, dekabrın sonunda Ankarada TÜRKPA-nın hüquq məsələləri üzrə komissiyanın iclası keçiriləcək. “Komissiyanın iclasında TÜRKPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək 3-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barədə hesabatın və gələcək fəaliyyət üçün təkliflər paketinin qəbul edilməsi gözlənilir”-deyə o, əlavə edib. TÜRKPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir. Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur. Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.
URL / WWW
http://kelam.az/article/a-5470.html